DİN 6 nəfərin öldüyü qəza barədə məlumat yaydıbackend

DİN 6 nəfərin öldüyü qəza barədə məlumat yaydı

İyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*