DİN-dən sürücünü döyən şəxslə bağlı AÇIQLAMAbackend

DİN-dən sürücünü döyən şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsini əks etdirən görüntülərlə bağlı açıqlama yayıb.

KONKRET.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:

“Artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb. Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*