DİN karantin reydlərini davam etdirir – FOTOLARbackend

DİN karantin reydlərini davam etdirir - FOTOLAR

Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir.

Dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*