Bu gün Pakistanın Dera-İsmayıl-Xan şəhərində güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub.
Partlayışın səbəbi və hadisənin məsul şəxsləri barədə hələlik əlavə məlumat verilməyib.
Hadisənin təfərrüatı hələ ki açıqlanmayıb.
