“Diplomatik qalmaqal: Fransa səfirinə Ermənistanda hörmətsizlik edildi” – Qazaryanbackend

"Diplomatik qalmaqal: Fransa səfirinə Ermənistanda hörmətsizlik edildi" - Qazaryan

Fransa səfirinin mərkəzi girişdən hökumət binasına daxil olmasına icazə verilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində yazıb.

“Hamının gözü qarşısında diplomatik qalmaqal baş verib.

Hökumət binasının girişində olarkən diplomatik qalmaqal kimi qələmə verilməyəcək bir reallığın şahidi oldum.

Hökumətə gələn Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfirini mərkəzi rəsmi girişdən hökumət binasına buraxmadılar. Onu iqtisadi girişə istiqamətləndirdilər.

Səfirin akkreditasiya üçün diplomatik müraciətində göstərilir ki, səfir dövlət başçısını təmsil edir və səfiri qəbul edən ölkədə də ona eyni hörmət və münasibət olmalıdır.

Fransanın Ermənistandakı səfirinə o qədər hörmətsizlik edilir ki, onu rəsmi qəbula layiq görmürlər. Hökumət binasının girişində onu heç kim qarşılamır, müşayiət etmir. Mərkəzi giriş qapılarında dayanan polislər barmaqları ilə ona binaya iqtisadi girişin istiqamətini göstərirlər.

Diplomatik protokolda yalnız dost olmayan ölkələrin səfirlərinə belə hörmətsizlik edilə bilər”, – deyə Qazaryan bildirib.

Qeyd edək ki, mayın 19-da fransız səfir Zəngəzurda olub. O, Zəngəzurun “inkişafı və təhlükəsizliyi”nin Fransa üçün vacibliyini deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*