DİQQƏT! Azərbaycanda pensiya yaşının azaldılması mümkündür…backend

DİQQƏT! Azərbaycanda pensiya yaşının azaldılması mümkündür...

Bu ilin iyul ayından etibarən qadınların pensiya yaşı daha 6 ay artaraq 64 yaşa çatıb.  Bu dəyişiklik 2017-ci ildə kişi və qadınların pensiya yaşının 65 yaşa qədər artırılmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanunla edilib. Belə olan halda Azərbaycanda pensiya yaşının azaldılması mümkündürmü?  

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı sosial məsələlər üzrə  ekspert İlqar Hüseynli referans.az-ın suallarını cavablandırarkən bildirib ki,  Azərbaycan Respublikasının Əmək qanunvericiliyində məlumdur ki, əmək pensiyalarının 3 növü nəzərdə tutulur. Bunlar, əlilliyə görə, yaşa görə və ailə başçısını itirməyə görə təyin edilən pensiyalardır. Əlilliyə və ailə başçısının itirilməsinə görə təyin edilən əmək pensiyaları ilə bağlı çox konkret və aydın bir təsəvvür formalaşıb.  Lakin yaşa görə əmək pensiyasının ümumiyyətlə mexanizmində ciddi anlaşılmazlıq var.

Ekspert onu da bildirib ki, post-sovet ölkələrinin əksəriyyətində qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə  63 nəzərdə tutulur. Azərbaycanda kişilər üçün pensiya yaşının 65 yaş olması konkret olaraq tətbiq olunur. Bununla belə hər altı aydan bir qadınlar üçün də pensiya yaşının artırılaraq 64 yaşa çatdırılması prosesi gedir. Yəqin ki, bu nəticədə kişilərlə bərabər qadınların da pensiya yaşı eyniləşdiriləcək.

İlqar Hüseynov həmçinin onu da vurğulayıb ki, qanunda bununla bağlı dəyişikliyin olması üçün cəmiyyətdən sosial sifariş gəlməlidir. Daha sonra isə Milli Məclisdə bu barədə qanun qəbul edilə bilər.   Təəssüflər olsun ki, ölkəmizdə bu balans pozulub.  Qanunvericilik hakimiyyəti ilə Azərbaycan cəmiyyəti arasında qarşılıqlı əlaqələr və etibarlı münasibətlər pozulub.  Buna görə də cəmiyyt qanunverici orqandan ümidli  deyil.  Müzakirələrdə əsasən yaş həddinin artırılması nəzərdə tutulur. 65 yaşın özü də pensiya üçün çoxdur. Bəzi sahələrdə 65 yaşına çatan kimi şəxslərin dərhal pensiyaya göndərilməsi də yanlış qərardır.  Misal üçün təhsil sektorunu qeyd etmək olar.

Ekspert hesab edir ki, vətəndaşlara pensiyaya çıxmaqla bağlı vətəndaşlara seçim imkanı yaradılmalıdır.   Əgər həkim və ya müəllim öz peşəsini davam etdirməkdə israrlıdırsa onun fiziki və zehni imkanları uyğundursa həm şəxslər fəaliyyətlərini davam edə bilərlər. Bu  daha düzgündür. Çünki  ölkəmizdə kifayət qədər həkimə və müəllimə ehtiyac var.   Əmək pensiyasının minimum məbləği  280 manat müəyyənləşdirilib. Bir müəllim  və ya bir həkim 1000 – 1200 manat məvacib alırsa nə üçün  onlar pensiyaya çıxdıqda aşağı həddə olan pensiya almalıdır?  Əksinə bu şəxslərin işini davam edərək daha çox qazanc əldə etməsi məqsədəuyğun olmazdımı? Əmək pensiyalarına yanaşmada individuallıq olmalıdır. Misal üçün gərgin peşələr istisna olmaqla ümumilikdə ölkəmizdə kişilər üçün 63 yaş, qadınlar üçünsə 60 yaş pensiya yaşının təsbit olunması  daha məqsədəuyğundur.  Düşünürəm ki, bu  ölkəmizdə nə zamansa baş  verəcək.

“Əmək pensiya yaşının azaldılması Azərbaycanda mümkündür. Lakin bu barədə qanunvericilikdə dəyişikliyin olacağı ilə bağlı fikir söyləmək çətindir. Çünki cəmiyyətdə və dövlət siyasi qurumlarında əmək pensiyaları haqqında gedən müzakirələrdə daha çox yaş həddinin artırılması ilə bağlı müzakirələr gedir”,- deyə ekspert qeyd edib.

  • Afaq Mütəllimova
    Oktyabr 16, 2024 - 09:18

    Xahiş edirəm pensiya yaşı azaldılsa,uşaq sayı artırılıb 5
    Mən 4 uşaq anası 60yaşım var işləməyə canım yox ,səhhətimlə ,baglı 5 il necə dolanım 65yaşacatım. Siz deyin necə?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*