Ermənilər Azərbaycvanla bağlı daha bir təxribata əl atıblar.
KONKRET.az xəbər verir ki, onlar Azərbaycan Müdafiə Nazirliyi adından saxta səs yazısı hazırlayaraq müxtəlif nömrələrdən Azərbaycan vətəndaşlarının telefonlarına göndərirlər.
Həmin səs yazısında isə “Müdafiə Nazirliyi” adından deyilir ki, guya Azərbaycan ordusunun zərbələrinə cavab olaraq düşmən Bakıya digər böyük şəhərlərə, enerji infrastrukturlarına hücum etməyi planlaşdırır. Və yaxın 3 saat ərzində insanlara yaşayış məntəqələrini tərk etmək tövsiyə olunur.
Vətəndaşlarımıza bildiririk ki, bu səs yazısı düşmənin təxtibatıdır. Buna inanmasınlar və həmçinin bu “mesajı” alan şəxslər onu yaymasınlar.
