DİQQƏT: Əsgərlərə verilən məzuniyyətin müddəti artırıla bilərbackend

DİQQƏT: Əsgərlərə verilən məzuniyyətin müddəti artırıla bilər

Azərbaycan Ordusunda müddətli xidmət keçən əsgərlərin məzuniyyət günlərinin artırılması məsələsi son günlər ictimai müzakirələrə səbəb olub. Bəs gələcəkdə əsgərlərə verilən məzuniyyətin 20 günə artırılması mümkündürmü?

Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda xidmət müddətinin 1 il və ya 1 il yarım  olmasının fərqinə varmadan müddətli hərbi qulluqçulara yalnız bir dəfə olmaqla 10 gün məzuniyyət verilir.

Ekspertin sözlərinə görə, bununla yanaşı xüsusi hallarda – ailə vəziyyəti və ya mükafatlandırma səbəbi ilə  əlavə məzuniyyətlər də tətbiq olunur:

• Ailə vəziyyəti ilə bağlı məzuniyyət komandirin qərarı ilə müəyyən edilir və ailədə yaranmış real vəziyyətin ağırlığından asılı olur.
• Mükafatlandırma məqsədilə hərbi hissə komandiri əsgərə əlavə 5 gün məzuniyyət verə bilər.

Ədalət Verdiyev həbs edildi | KONKRET

Ədalət Verdiyev hesab edir ki, məzuniyyət sisteminin təkmilləşdirilməsi mümkündür və daha ədalətli sxem tətbiq oluna bilər. Onun fikrincə:

• 1 il xidmət edənlər üçün – 10 gün,
• 1 il yarım xidmət edənlər üçün – ikinci xidmət ilinə görə əlavə 5 gün məzuniyyət verilməsi daha məqsədəuyğun olardı.

Ekspert gələcəkdə məzuniyyət günlərinin artırılmasının real və müzakirəyə açıq bir istiqamət olduğunu da istisna etmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*