Dmitro Kuleba: “Türkiyə Krım böhranının həllində lider olmalıdır”backend

Dmitro Kuleba: “Türkiyə Krım böhranının həllində lider olmalıdır”

Krım tatarlarının nümayəndələri ilə görüşmək üçün Türkiyəyə gələn Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Krımın ilhaqına son qoymaq və Ukraynanın ərazi bütövlüyünü təmin etmək üçün yaradılan Krım platformasında Türkiyənin aparıcı rol oynaya biləcəyini qeyd edib.

NTV-nin (Türkiyə) jurnalisti Dəniz Kilislioğlunun suallarını cavablandıran Kuleba Krımın Rusiya tərəfindən ilhaq edilməsinə və Rusiya ordusunun geri çəkilməsinə son qoymağı hədəfləyən bu platformanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini qeyd edib: “Türkiyə Krım probleminin həllinə rəhbərlik edəcək ən uyğun ölkələdir. Çünki bu ölkə hərəkətlərində səmimidir. Krım həmişə ukraynalıların və türklərin ürəyində olan bir yerdir. Türkiyənin bu platformanın liderlərindən biri olmasından daha böyük bir məna ola bilməz”.

Ukraynanın Qarabağdakı torpaqlarını geri qaytarmasında da Azərbaycanı dəstəklədiyini qeyd edən Kuleba əlavə edib ki, “Bölgədə müharibə və qan görmək çox kədərlidir, lakin beynəlxalq təşəbbüs və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesi bizi sevindirir”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*