Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilirbackend

Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirir.

KONKRET.az xəbər verir ki, doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında ümumilikdə 1504 namizəd qeydiyyatdan keçib. Onlardan 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd alman dili üzrə imtahan verəcək.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-dan 20-dək davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*