DOST mərkəzlərinin sayı 31-ə çatdırılacaq – Süleyman İsmayılovbackend

DOST mərkəzlərinin sayı 31-ə çatdırılacaq - Süleyman İsmayılov

“Aparılan islahatların innovativ xarakter daşımasını Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 100-dən artıq xidməti özündə cəmləşdirən DOST mərkəzlərinin fəaliyyətinə dövlət başçısının verdiyi qiymət daha aydın göstərir”

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunmasından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd olunub.

“Bu il fevralın 12-də Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin açılışında isə Azərbaycan Prezidenti 2020-ci ili “Könüllülər ili” elan etdiyini xüsusi vurğulayaraq, könüllülüyün bizim genetik kodumuza yazılmış sarsılmaz dəyərlərimizdən biri olduğunu, xalqımıza xas olan bütün amilləri, əlamətləri özündə cəmləşdirdiyini bir daha qeyd etmişdir.

Hazırda fəaliyyət göstərən 2 DOST mərkəzi bir çox xidmətləri özündə cəmləşdirməkdədir və bu mərkəzlərin sayı yaxın vaxtlarda 31-ə çatdırılacaqdır”, – deyə S.İsmayılov bildirib..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*