Dövlət orqanları, məxfi sənədlər Kiyevdən çıxarılır? – Zelenski Xarkova gəldi – VİDEObackend

Dövlət orqanları, məxfi sənədlər Kiyevdən çıxarılır? - Zelenski Xarkova gəldi - VİDEO

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə Xarkov şəhərində Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, iclasda Rusiya sərhədində, Qara və Azov dənizlərindəki son vəziyyəti müzakirə edilib.

Həmçinin, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bir sıra şirkətlərə, xüsusən də qadağadan yayınaraq Rusiya televiziya və radio kanallarının yayımını təmin edən şirkətə qarşı sanksiyaların tətbiqini təsdiqləyib.

İclasdan sonra açıqlama verən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi məxfi sənədlərin Kiyevdən təxliyyə edilməsi ilə bağlı xəbərləri də təkzib edib.

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*