DSX “Kukruznik”ə niyə abidə qoyub? – SƏBƏBbackend

DSX “Kukruznik"ə niyə abidə qoyub? - SƏBƏB

Bu xəbər məsələdən agah olmayanlar üçün ya adi gələcək, ya da heç maraqlı olmayacaq. Lakin, məsələ heç də diqqətdən kənarda qalmalı məsələ deyil. Bəli, DSX Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Sərhədçi Pilotlarımızın xatirələrini əbədiləşdirmək üçün belə bir abidə kompleksi qoyub. Kompleksin əsas fiquru isə hər kəsin “Kukruznik” kimi tanıdığı və Rusiya istehsalı olan AN-2 yüngül təyyarəsidir.

Niyə məhz “AN-2” təyyarəsi?

Çünki 44 günlük müharibəsində Silahlı Qüvvələrimiz, Dövlət Sərhəd Xidmətinin arsenalında olan “AN-2” təyyarələrindən Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini və onların yerləşdiyi istiqamətləri aşkar etmək üçün aktiv şəkildə istifadə etdi.

Vətən müharibəsində tətbiq edilən bu üsul, dünyada bir ilk, hərb tarixində isə yenilik idi. Bundan sonra dünyanın aparıcı dövlətləri “AN-2” təyyarələrinin alınması ilə bağlı istehsalçıyla danışıqlar aparmağa, tətbiq etdiyimiz bu üsulun öyrənilməsinə başladı.

“AN-2 ”vasitəsilə həyata keçirilən bu üsul necə tətbiq olunub?

Ən maraqlı məqam da elə burasındadır. Müharibədən əvvəl “AN-2” təyyarələri təkmilləşdirilərək naviqasiya sistemləri ilə təchiz olunub, müharibə zamanı pilot vasitəsilə düşmən mövqeləri istiqamətində havaya qaldırılır. Mövqelərə yaxın məsafədə pilot, paraşüt vasitəsilə təyyarəni tərk edir. Təyyarə düşmən mövqelərinin hava məkanına daxil olur. Bundan sonra Ermənistanın HHM sistemləri dərhal işə düşür və təyyarəni aşkarlayıb, məhv edir. Bundan sonra isə düşmənin HHM sistemlərinin yeri aşkar edilərək, məhv edilib.

Vətən müharibəsində “AN-2” təyyarələrindən bir növ yalnış hədəf kimi istifadə edildi.  Düşmən, hər AN-2 vurduqda sevincinin həddi, hüdudu olmurdu. Lakin xəbərsiz idi ki, əslində bu sevincin ömrü az olacaq. Elə belə də oldu!

Məsələ bu qədər anlamlı və dərindir. Ona görə də abidə üçün məhz “Kukruznik” AN-2 yüngül təyyarəsinin seçilməsi anlaşılandır.

Allah Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə şəfa versin. Xidmətini davam etdirən hərbçilərimizə uzun ömür, can sağlığı arzu edirəm!

Fəqan Muxtarlı

  • Telman Adgözəlov
    Sentyabr 4, 2023 - 19:59

    Hanı bəs bu pilotlar, kimdilər onlar?! Camaatın artıq yadınnan çıxıb onlar) zornan yada salırlar o planı, budu onlara qoyulan qiymət, budu dünyada analıqı olmayan döyüş planı . Əşi ….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*