DTX-nın tutduğu şəxsdən MÜRACİƏTbackend

DTX-nın tutduğu şəxsdən MÜRACİƏT

Bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində tutularaq məsuliyyətə cəlb edilən Orxan Rzaquliyev Ali Məhkəməyə müraciət edib.

KONKRET.az-ın məlumatına görə, AR Cinayət Məcəlləsinin 274-cü, yəni dövlətə xəyanət maddəsi ilə ittiham edilərək təqsirli bilinən və məhkəmənin hökmü ilə məhkum edilən O.Rzaquliyev Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Orxan Rzaquliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Rzaquliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

news24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*