Duda: “Rusiya Ukraynaya təzminat ödəyəcək”backend

Duda: "Rusiya Ukraynaya təzminat ödəyəcək"

“Rusiya Ukraynaya müharibə təzminatı ödəməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

O, həmçinin əlavə edib ki, dünya ictimaiyyəti günahkarların mühakimə olunması və cəzalandırılması üçün bütün imkanlardan istifadə etməlidir.

“Mən bunu İkinci Dünya Müharibəsinin dəhşətli təcrübəsini yaşamış, 6 milyon vətəndaşını, o cümlədən 3 milyon yəhudi vətəndaşını itirmiş ölkənin prezidenti kimi deyirəm”, – deyə Duda əlavə edib.

O qeyd edib ki, Polşa Rusiyanı həm dövlət, həm də fərdi səviyyədə beynəlxalq hüququ pozduğuna görə məsuliyyətə cəlb etmək üçün fəaliyyətini davam etdirəcək.

Bundan əvvəl Duda Polşanın İkinci Dünya Müharibəsi üçün Rusiyadan təzminat almalı olduğunu bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*