Dünən söyüb, bu gün təriflədilər: İrəvanda Rusiyaya dəstək aksiyası – VİDEObackend

Dünən söyüb, bu gün təriflədilər: İrəvanda Rusiyaya dəstək aksiyası - VİDEO

Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında Ermənistan-Rusiya münasibətlərinə dəstək aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, aksiyanı erməni kommunistlər, vətənpərvərlər və veteranlar İttifaqı təşkil edib. Onlar qeyd ediblər ki, Rusiyaya dəstək ifadə etmək, güclənən anti-Rusiya təbliğatına qarşı çıxmaq üçün gəliblər.

Onlar diplomatik nümayəndəliyə bəyanat təqdim ediblər.

“Vaşinqton və kollektiv Qərb Ermənistanda Ukrayna ssenarisini həyata keçirmək istəyir. Onlar ölkəni NATO-nun bölgədəki qalası Türkiyə ilə üz-üzə qoyub”, – deyə bəyanatda bildirilir.

P.S. Dünən Rusiyaya qarşı aksiya keçirib Putini söyən ermənilər bu gün dəstək aksiyası keçirib yaltaqlanırlar. Qərarsızlıq Ermənistanı çarəsizliyə gətirib. Bilmir kimin qucağına atılsın. Yuxarı baxır ABŞ, aşağı baxır Rusiya, solda Fransa, sağda İran, hələ Hindistan da  var… Havadarı bol olan qərarsız Ermənistan.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*