“Dünənki döyüş nəticəsində 1 nəfər ölüb, 13 nəfər əsir düşüb, daha 24 nəfərlə əlaqəmiz yoxdur”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu məlumatı bu gün Ermənistan Müdafiə Nazirliyi yayıb. MN-nin məlumatında deyilir:
“24 hərbçi ilə əlaqə kəsilib, onların taleyi hələki məlum deyil. Hazırda axtarış gedir. Düşmən iki mövqeyimizi ələ keçirib”.
Həmçinin 4 BTR,1 Sandcat zirehli maşını, 5 Gürcüstan avtomobili (Kamaz, Ural, UAZ) da “itkilər”imizin sayına əlavə edilib.
Xuraman Etibarlı
KONKRET.az
