İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 61,84 dollar təşkil edib.
KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,25% azalaraq 56,66 dollar təşkil edib.
NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yüksəlib. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,08% artaraq 2,62 ABŞ dolları təşkil edib.