Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək 20 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Çempionatın son 3 günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.