Böyük Britaniyadakı bu qəsr Plakli kəndində yerləşir və İngiltərənin ən məşhur kəndlərindən biridir. Burada əfsanəyə görə kabuslar yaşayır. 1989-cu ildə qəsr hətta Ginnesin Rekordlar Kitabına düşüb.
KONKRET.az xəbər verir ki, rəvayətə görə, Plaklidən Maltman təpəsinə gedən yolda kabus kimi bir arabaya və otlaqda bir polkovnik ruhuna rast gəlmək olar. Kənddə ümumilikdə 12 kabus var.
Bu kənd hələ də paranormal həvəskarları cəlb edir. Burada qəribə hadisələrin niyə belə aktiv olmasının əsas səbəbi məlum deyil. Lakin şahidlərin sözlərinə görə, onlar elmi baxımdan izahı mümkün olmayan hadisələrlə qarşılaşıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az