Dünya yeni müharibənin astanasında – ŞƏRHbackend

Dünya yeni müharibənin astanasında - ŞƏRH

Dünya yeni müharibənin astanasında?
Tayvan konflikti pik həddə çatıb demək olar ki! Çin tərəfi Amerikanı Tayvana müdaxilə etməklə ittiham edərək bunun qarşılığında ağır cavab verəcəyini bəyan edib. Amerika isə Tayvanı dəstəkləməkdən əl çəkmir!

ABŞ-nin Nümayəndələr Palatasının spikeri Pelosinin Tayvanı ziyarət etmək qərarı Çini ayağa qaldırdı. Çin rəhbəri bildirdi ki, Pelosin səfər edərsə, cavab tədbiri görüləcək. Bu ifadənin üstündən qısa vaxt keçməsindən sorna Çin Tayvana ən yaxın bölgələrə hərbi silah-sursat, texnikalar göndərməyə başladı!!

Tayvanın geostrategiyası Amerika üçün çox önəmlidir. Sakit okeanda balansı qorumaq, Çinin qabağına sədd çəkmək üçün Tayvan yaxşı bir kartdır. Tayvan 1970-ci illərə kimi Çinın adı ilə BMT-də təmsil olunurdu. Daha sonra bu təmsilçilik bitdi və gərginlik başladı. Bu gərginliyin başlanmasına ABŞ təkan verdi.

Çin Tayvan məsələsinə görə Rusiya ilə ittifaq qurmağa çalışmışdı. Çin-Rusiya birliyinin qurulmasının bir neçə səbəbi var. Bunlardan biri və önəmlisi Tayvan münaqişəsidir. Şanxay birliyinin təşkil edilməsinin səbəblərindən biri də Tayvandır. Əlbəttə, Rusiyanın bu birlikdə maraqları regional deyil daha çox beynəlxalq yönümlüdür.

Tayvan nüfuzu az olan kiçik bir ada dövlətidir. Hərbi cəhətdən də Çindən çox zəif potensiala malikdir. İqtisadi baxımdan da ixracatda Çindən çox asılıdır. Lakin Amerika son 20-30 ildə Tayvana hərbi dəstəyini çox artırdı. Tayvanın müdafiə olunması 1950-ci illərdə sabiq Amerika Prezidenti Eyzenhauerdən gəlir desək yanılmarıq.

Amerika da ola biləcək qarşıdurmaya görə AUKUS(Avstraliya, Böyük Britaniya, Birləşmiş Ştatlar) ittifaqını yaratdı. Bu ittifaqın yaranması təkcə bu səbəblə bağlı deyil təbii ki, ancaq bu səbəb də mühüm yer tutur. Yaponiyanın da bu ittifaqa daxil olmasının şahidi ola bilərik zamanla!

Çin son dövrlərdə özün bir xeyli inkişaf etdirdi. Çin iqtisadi, hərbi sferalarda Amerikanın önünə keçməyə cəhd etdi. Düzdür, çox da uğurlu olmasa da, öz niyyətlərinə 70% çatdı deyə bilərik. Amerika ilk öncə Ukraynanın əli ilə Rusiyanı “out” etməyə səy göstərdi və müəyyən qədər nail oldu. Növbədə Çin var idi. Çinin hegemon iqtisadi güc ünsürünə çevrilməsi Amerikanın (xüsusilə, dolların) reytinqdən düşməsi deməkdir! Buna da göz yummaq olmazdı!

Amerikanın yanında Yaponiya və Cənubi Koreya dayanır. Şimali Koreya açıq şəkildə Cənubu və Amerikanı təhdid edir. Rusiya bəlkə də, Çin-ABŞ qarşıdurmasını gözləyir!

Bəs bu qarşıdurma olacaqmı?

Bu, yeni bir dünya savaşına gətirib çıxarda bilər. NATO 5-ci maddəsinə istinadən Amerikanı müdafiə edə bilər. Amerika açıq şəkildə Çinlə müharibə etməsə də Tayvanın əli ilə vuruşacaq! Necə ki Ukraynada olduğu kimi!

Elman Vəliyev,

Politoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*