Dünyada aclıq geniş vüsət ala bilər – Baş katibbackend

Dünyada aclıq geniş vüsət ala bilər - Baş katib

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini deyib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Baş katib Quterreş Avstriya kansleri Karl Nehammer və xarici işlər naziri Aleksandr Şallenberq ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması riskləri məni çox narahat edir”, – Antonio Quterreş vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*