Türkiyədə COVID-19 virusu ilə əlaqədar məscidlərdə və qapalı məkanlarda kütləvi ibadətlərin icra olunmasına qadağa qoyulub.
KONKRET.az “İhlas Haber Ajansı” (İHA) istinadən məlumat verir ki, uzun müddətdir cümə namazı qılmaqdan məhrum olan dindarlar bunun çarəsini ibadəti açıq havada və sosial məsafə saxlayaraq icra etməkdə görüblər.
Futbol meydançasında ibadətə toplaşan dindarlar cümə namazını icra edib, vaizin çıxışını dinləyiblər.
Oxu.az
