“Dünyada milyonlarla insan Heydər Əliyevin xatirəsini yad edirdi” – Mixail Qusmanbackend

"Dünyada milyonlarla insan Heydər Əliyevin xatirəsini yad edirdi" - Mixail Qusman

Heydər Əliyevin son dərəcə vacib vəsiyyətləri arasında Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması da olub.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman deyib.

M.Qusman bildirib:

“Bu faciəli günü – 12 dekabr 2003-cü ildə böyük dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ağır xəstəlikdən sonra xəstəxanada vəfat etdiyini yaxşı xatırlayıram. Əlbəttə ki, hamımız onun uzun müddət səhhətinin ağır olduğunu bilirdik, amma yenə də ölüm xəbəri bizi sarsıtdı. Bütün insanlar Heydər Əliyevə SSRİ dövründə Azərbaycanın bayrağını uca qaldıran bir insan kimi sonsuz hörmət edir və qiymətləndirirdilər. Faciəli günü – 15 dekabr – Heydər Əliyevin dəfn gününü xatırlayıram. O gün Bakıda idim, indi Heydər Əliyevin parlaq adını daşıyan Respublika Sarayının zalında dəfn mərasimində iştirak edirdim. Onlarla nümayəndə heyəti və müxtəlif ölkələrin liderləri, dövlətlərindəki bütün işlərini buraxaraq, Heydər Əliyevlə vidalaşmaq üçün Bakıya gəlmişdilər. Rusiya Prezidenti Vladimir Putinin dəfn mərasimində iştirak etdiyini və mərasim başa çatdıqdan sonra İlham Əliyevə o vaxta qədər cəmi 20 nəfərin layiq görüldüyü Rusiyanın ən yüksək dövlət mükafatı – “Müqəddəs Apostol Pavel Pervozvannıy” ordenini verdiyini xatırlayıram. Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təltif olunduğu orden, təəssüf ki, heç vaxt şəxsən ona təqdim edilmədi, ölümündən sonra ailəsinə verildi. Dəfn günü doğurdan da bütün Bakı liderini yola salırdı. Təkcə Bakı deyil – bütün Azərbaycan bu görkəmli insana yas tutdu. Dünyada milyonlarla insan Heydər Əliyevin xatirəsini yad edirdi”.

M.Qusman qeyd edib ki, Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsinin 12 dekabr – Heydər Əliyevin anım gününə təsadüf etməsi rəmzidir:

“12 dekabrda Azərbaycanın böyük qələbəsi ilə taclandırılan Qarabağ münaqişəsi qanuni olaraq başa çatdı.

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, Ali Baş Komandan kimi qətiyyəti sayəsində Azərbaycan ordusunun, bütün Azərbaycan xalqının səyləri ilə, Heydər Əliyevin vəsiyyətləri gerçəkləşir. 8 noyabrda Şuşa şəhəri azad edildikdən sonra İlham Əliyevi verdiyi andın gerçəkləşdiyini Heydər Əliyevə abidəsi önündə şərəflə hesabat verərkən gördükdə kövrəlirdim. Qarabağ Azərbaycandır və nida”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*