Dünyada qadağan olunan yağ Bakıda satılır – FOTObackend

Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO

Rusiyanın Belqorod vilayətində istehsal olunan təmizlənməmiş günəbaxan yağı “Sloboda” barədə narahatedici məlumatlar yayılıb. Belarus Respublikasına idxal edilən “Sloboda” əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarus Respublikasının dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi barədə qərar verilib.

KONKRET.az bizim.media-ya istinadən xəbər verir ki, məlumatda yağların Gömrük İttifaqının “Qida məhsullarının təhlükəsizliyi haqqında”, “Yağ və yağ məhsulları üçün texniki reqlamentlər”, GOST 1129-2013 “Günəbaxan yağı” texniki reqlamentinin tələblərinə cavab vermədiyi göstərilib:

“Zəif təmizlənmiş və köhnəlmiş yağda daha çox peroksid var. Peroksidin sayı nə qədər yüksək olarsa, yağ işıqda da bir o qədər uzun müddət saxlanılırdı. Bu yağın keyfiyyətsiz xammaldan, xarab günəbaxan tumlarından hazırlanması tamamilə mümkün görünür”.

Aşkar edilən faktlara – Gömrük İttifaqının qaydalarına uyğunsuzluq fonunda “Sloboda”-nın Belarusda və dünyada satışı sentyabrın 23-dən qadağan edilib.

Amma hazırda Azərbaycan bazarında kifayət qədər “Sloboda” yağları var. Hətta ölkənin ən böyük ticarət şəbəkələrində “Sloboda” yağlarına rast gəlmək olar.

“Bu yağlar uzun müddət saxlanıla bilmir”.

Məsələ ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, az təmizlənmiş yağların saxlanma müddəti çox qısadır:

“Çox yaxşı haldır ki, Azərbaycanda bu yağların istehsalına başlanılıb. Yaxın günlərdə yerli istehsal nümunələrini marketlərdə görə biləcəyik. Bununla belə yağ istehsalçıları öz məhsullarını “ölməz” etmək üçün üzərinə uzun yararlılıq müddəti qoyurlar. Ona görə də “Sloboda” haqqında verilən qərar məntiqlidir. Çünki az təmizlənmiş yağ uzunmüddət saxlanıla bilməz.

Onu da nəzərə alaq ki, təhlükəli və keyfiyyətsiz mal anlayışı müəyyən partiyalara aiddir. Çox təəssüf ki, Belarus tərəfi qərarın məhsulun hansı partiyalarına aid olduğunu açıqlamır. Buna görə də istehlakı qadağan edilən yağ partiyalarının Azərbaycana da daxil olması istisna olunmur. Digər ölkələrdə istehlakı qadağan edilən “Sloboda” yağlarına qarşı ölkəmizdə də həssaslıq göstərilməlidir”.

Maraqlıdır ki, Belarusun müvafiq qurumlarının xəbərdarlıqları fonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də müayinələr aparıb.

Qurumdan bildirilib ki, təşvişə və narahatlığa lüzum yoxdur:

“Ölkə ərazisində fəaliyyət göstərən müxtəlif ticarət şəbəkələrində satışı həyata keçirilən “Sloboda” əmtəə nişanlı müxtəlif növ bitki yağı partiyalarından Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan sınaq nəticələrinə əsasən, ölkəmizə idxal olunan həmin bitki yağı məhsulu partiyalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb. Sözügedən qida məhsulu ilə bağlı heç bir narahatlığa əsas yoxdur”.

  • Haller
    Oktyabr 8, 2024 - 13:39

    Bura…ferqli yerdir

  • Nadir Cəlilov
    Oktyabr 8, 2024 - 18:17

    Qida Təhlükəsizliyi İnstitutunun rəyinə qalsa, ölkədə az qala bütün qida məhsullarının tərkibinə geninə-boluna qatılan palma yağları barədə də narahat olmağa dəyməz…

  • Əli
    Oktyabr 9, 2024 - 01:19

    Bizim millətin başını belə alladırlar qida təhlükəsizliyin cibinə pul girən kimi bütün saxda malara yararlı deyib sırıyılar bu millətə

  • Mahir Əhmədov
    Oktyabr 9, 2024 - 01:24

    AQTA-ya Azərbaycanda kimsə inanır ki?!Rüşvət olan bir qurumdur,kim pulunu ödəyir ona yaxşı rəy verir.

  • Azad Aydin
    Oktyabr 9, 2024 - 11:21

    Biz nə vaxt özümüz yoxlayıb nəyi məqbul qeyri məqbul hesab ertmsiki ki?Ölkəyə daxil olan heç bir məhsulin yoxlanılması qənaətbəxş deyil! Gömrük və Vergi ancaq yaxşı tarif tətbiq etməyi bacarır!

  • Zəhra Həsənova
    Oktyabr 9, 2024 - 21:22

    Kimin pulu var verir yaxşı rəy alır sonra “keyfiyyətli” maldi deyirlər.Baxsağ hər məhsulun tərkibində palma marqarin yağlari var.Bu məhsul necə ” keyfiyyətli” olur

  • Zəhra
    Oktyabr 9, 2024 - 21:22

    Kimin pulu var verir yaxşı rəy alır sonra deyir mən keyfiyyətliyəm mən oxuyuram tərkibləri hamısında palma yağı var.Bu necə “keyfiyyətli” ola bilər ?

  • GARACHANTA
    Oktyabr 11, 2024 - 21:56

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Azersun tərəfindən gizli dəstəyə malikdir….səbəbi Azersun mallarına tam uyğunluq sertifikatlarının alınmasıdır….Azərbaycanda Qida Təhlükəsizliyi 0 %-dir..Millətimizin Gələcəyi Böyük Təhlükə ilə üz-üzədir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*