Dünyada yeni pandemiya riski yaranıb? – ÜST rəhbərindən AÇIQLAMAbackend

Dünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA

“MV Hondius” kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “Agence France-Presse” (AFP) agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda dünyanın qalan hissəsi üçün təhlükə səviyyəsi aşağıdır.

Qeyd edək ki, mayın 4-də ÜST Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus “MV Hondius” kruiz gəmisində hantavirus infeksiyasının yayıldığı barədə məlumat yayıb. Son məlumatlara əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*