“Dünyadan inciməyə ehtiyac yoxdur, onlar bunu ləyaqətini itirmiş xalqlara qarşı edirlər” –  Aşotyandan ŞOK AÇIQLAMAbackend

“Dünyadan inciməyə ehtiyac yoxdur, onlar bunu ləyaqətini itirmiş xalqlara qarşı edirlər” –  Aşotyandan ŞOK AÇIQLAMA

“Soçidə keçirilən üçtərəfli görüşün yekununda qəbul edilən bəyanatda Ermənistanın maraqlarını təmin edən bircə bənd də yoxdur”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika” Partiyasının sədr müavini Armen Aşotyan deyib. O, Brüsseldəki görüşdən nə gözlədiyini açıqlayıb:

1. Təxmin etdiyim kimi, Moskva ilk olmaq rolunu əldən vermədi və Brüsseldən əvvəl Kremlin himayəsi altında görüş keçirildi.

2. Putinin Brüssel görüşü ilə bağlı bəyanatı Rusiyanın regionda mövqelərinin o qədər güclü olduğunu göstərir ki, qısqanclıq səhnələri yaratmağın heç bir mənası yoxdur.

3. Avropa görüşündən ciddi bir şey gözləmək lazım deyil. O cümlədən Ermənistan üçün də, hansısa əlverişli nəticə olmayacaq. Əsas qlobal məsələlər – delimitasiya və kommunikasiya problemi artıq Soçidə müzakirə olunub.

4. Avropa İttifaqı-Rusiya gərginliyindən asılı olmayaraq, burada hələ də iki oyunçunun maraqları üst-üstə düşür. Cənubi Qafqazda sabitliyin və logistik imkanların yaradılması hər ikisinin ideyalarına uyğun gəlir.

5. Brüsseldə əldə oluna biləcək ən böyük nəticə maksimum bir neçə hərbi əsirimizin Bakı həbsxanalarından azad edilməsidir.

Bu da yalnız Aİ problemi anlasa və üstəlik İrəvan də Brüsseli buna sövq etsə. Aşotyanın son sözləri isə Ermənistanı daha da yerin dibinə batırıb: “Dünyadan inciməyə ehtiyac yoxdur. Onlar bunu ləyaqətini itirmiş xalqlara qarşı edirlər” – deyə Armen Aşotyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*