Dünyanı gözləyən təhlükə – İqlim dəyişkliyinin yaratdığı fəsadlarbackend

Dünyanı gözləyən təhlükə - İqlim dəyişkliyinin yaratdığı fəsadlar

Dünyanın əksər ölkələrində istifadə olunan müxtəlif sənayə üsulları, atmosferə atılan zərərli qazların törətdiyi fəsadlar zaman-zaman öz sözünü deməkdədir. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişkliyi məhz son iki yüz il ərzində baş verən sənaye inqilabından sonra baş verib. Təbiətin şıltaqlığı insanların yüz illik “əməyinin” məhsuludur. Bəzi alimlər isə hesab edirlər ki, təbiət hadisələrinin daha da ciddliləşməsi ildən-ilə öz mənfi nəticələrini göstərəcək. Atmosferdə baş verən dəyişikliklərin super kompüterlərlə müşahidə olunması göstərir ki, son illər yer səthində temperatur 1,1 dərəcə artıb. Alimlərin hesablamalarına görə, bu göstərici 1,5 dərəcəni ötərsə, daha ciddi fəsadlar yarana bilər. Bunun baş verəcəyi təqdirdə dünyada adaptasiya prosesi çətinləşəcək. Məsələn, bu, bəzi yerlərdə quraqlıqla, bəzi yerlərdə isə ciddi yağıntılarla müşahidə olunacaq.

KONKRET.az xəbər verir ki, hazırda bəşəriyyət sürətli iqlim dəyişkliyinin qarşısını almaqda çətinlik çəkir. Bu dəyişkliklər uzun illərdir davam etdiyindən yer kürəsində ciddi fəsadlar yaradıb. Mütəxəssislərin hesablamalarına görə bu gedişlə 2100-cü ildə yer səthinin temperaturunun 1,5 deyil, hətta 2,8 dərəcə həddini keçmək ehtimalı var. Bu gün dünya 1,5 dərəcədən ehtiyat etdiyi halda, 2,8 dərəcənin törədəcəyi təhlükələr daha ciddi ola bilər. Bu baş verərsə, torpaqların şoranlaşması, su ehtiyatlarının tükənməsi və digər təhlükəli məqamlar qaçılmaz olacaq. Qlobal istiləşmə iri buzlaqların əriməsində mühüm rol oynayacaq. Milyon illərdir buz altında qalan ərazilərdə milyardlarla ton donmuş heyvan və bitki qalıqları mövcuddur. Hazırda donmuş halda olduğundan onların tərkibindəki metan və karbon dioksid qazı atmosferə atılmır. Buzlaqlar əriməsi fərqli mənzərə yaradacaq və qlobal miqyasda ciddi fəsadlar törədəcək. Buzlaqların əriməsi təkcə okean sularının artması anlamına gəlməyəcək. Buzlaqlar şəffaf olduğuna görə günəş şüalarını geri qaytarır. Əgər buzalqlardakı həmin ağ səth yoxdursa günəşdən yerə düşən şüalar yer səthi tərəfindən udulur və balans pozulur. Alimlər buna Venera sindromu da deyirlər. Araşdırmalar göstərir ki, Venerada da vaxtı ilə həyat mövcud olub. Deməli, Yer kürəsi daha ciddi təhlükə qarşısındadır.

Qlobal istiləşməylə bağlı ciddi narahatlıq ötən əsrin 70-ci illərindən başlayıb. Alimlər yer kürəsinin başı üzərində fırlanan təhlükəni anlayıb narahatlıqlarını ifadə etməyə başlayanda artıq gec idi. 1850-ci ildən sonra dünyada sənaye inqlabı başlayıb və məhz həmin dövrdən sənayə müəssisələrinin sayı günbəgün çoxalıb. Deməli, dünyada sənayenin inkişafı həm də təbiətə ciddi ziyan vurub. Bu ziyanı insanlar zaman-zaman hiss etməyə başlayanda isə artıq gec idi. İstixana qazlarının və karbon dioksidin atmosferə atılması nəticəsində baş verənlər ekoloji tarazlığı pozub və qlobal mühitdə dəyişiklik müşahidə olunmağa başlayıb. Hesablamalara görə sənaye inqlabından bu günə qədər atmosferə təxminən 2,5 milyard ton karbon dioksid və istixana qazlararı atılıb.

Maraqlı budur ki, təxminən 1,3 milyard əhalisi olan Afrika qitəsinin istixana qazlarına təsiri cəmi 4% civarındadır. Bu da Afrika xalqlarının narazılığına səbəb olur. Onlar haqlı olaraq dünya sənaye nəhənglərindən narazılıqlarını ifadə edirlər. Paris sazişində qeyd olunur ki, dünya qlobal iqlim dəyişkliyinə ortaqdır və burada hər hansı dövlət öz yaxasını kənara çəkə bilməz. Orada daha sonra qeyd olunur ki, dünya yeni inkişaf modeli ortaya qoymalıdır. Amma burada bəzi incəliklər var. Məsələ burasındadır ki, sənaye inqlabından faydalanan dövlətlər daha çox inkşaf edib və həddindən artıq varlanıb. Afrikada qəbilə halında yaşayanlar isə hələ də ibtidai insanların yaşadığı həyat tərzi keçirirlər. Afrikalıların iradları haqlıdır və sənaye inqlabından milyardlar qazanan ölkələr iqlim dəyişkliyinə daha çox məsuliyyət daşıyırlar. Deməli, qlobal istiləşmənin qarşısını almaq üçün inkişaf etmiş ölkələrin üzərinə daha çox yük düşməlidir.

Maraqlıdır ki, dünyada iqlim dəyişikliyinə məruz qalan 20 ölkədən 17-si Afrika qitəsindədir. Hesablamalara görə dağlıq, sahil və qütbə yaxın zonalarda dəyişklik daha çox hiss olunur. Amma buna baxmayaraq iqlim dəyişikliyinin məsuliyyəti bütün dünyanın üzərindədir. Hesablamalara görə, 2023-cü ildə atmosferə atılan karbon dioksid 53 milyard, bu il isə təxminən 54 milyard kubu ötəcək. Bu göstəricilərə faiz nisbəti ilə baxsaq təxminən 70% dən çoxu neftin, qazın və daş kömrün yanması nəticəsində yaranır. 18-20% kənd təsərrüfatı sektorunun, qalan hissəsi isə sənayenin payına düşür.

Daş kömürün yaratdığı karbon dioksid qat-qat çox olduğundan, hazırda dünya daha çox təbii qazın istehlakına can atır və daş kömürə tələbat günü-gündən azalır. Buna görə də Azərbaycanın Avropaya ixrac etdiyi qaz köhnə qitəni qlobal böhrandan xilas olması üçün mühüm töhfədir.

Vəli Həsənoğlu,

KONKRET.az

  • Rewad
    Oktyabr 2, 2024 - 10:47

    Salam boyreyimi satmağ isdeyrem 1+

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*