Dünyanı silkələyən “casus” böhranı: İki ölkə qarşı-qarşıya gəldibackend

Dünyanı silkələyən "CASUS" böhranı: İki ölkə qarşı-qarşıya gəldi

Rusiyada bir Yaponiya vətəndaşı casusluq ittihamı ilə deportasiya edilib.

KONKRET.az -ın Rusiyanın TASS xəbər agentliyinin Xarici İşlər Nazirliyinin mənbələrinə istinadən verdiyi xəbərə görə, jurnalist adı ilə ölkəyə girən Yaponiya vətəndaşının hərbi mövzularda gizli məlumat əldə etməyə çalışdığı müəyyən edilib.

Adı açıqlanmayan şəxs dekabrın 25-də Vladivostokda casusluq ittihamı ilə tutulub.

Həmin şəxsin 72 saat ərzində Rusiyanı tərk etdiyi və Yaponiyanın Moskva səfirliyinin mövzu ilə əlaqədar etiraz notası aldığı qeyd olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*