Dünyanın ən bahalı dərmanlarından biri hazırlandıbackend

Dünyanın ən bahalı dərmanlarından biri hazırlandı

Rusiyada onurğa əzələlərinin atrofiyasının müalicəsi üçün dünyanın ən bahalı dərmanlarından biri olan spinrazanın  yerli analoqu Lantesens brendi yaradılıb.

KONKRET.az xəbər verir ki, dərmanın beynəlxalq qeyri-mülkiyyət adı – nusinersen adlanır.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, dərman uşaqlarda və böyüklərdə onurğa əzələlərinin atrofiyasının bütün növlərinin müalicəsində istifadə edilə bilər. O, “Generium” biotexnoloji şirkəti tərəfindən istehsal olunacaq.

Rusiyada bu dərmanın qablaşdırılmasının qiyməti 5,13 milyon rubl təşkil edir. Qeyd edilir ki, yerli analoq daha ucuz olacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*