AirVisual-a görə, dünyanın ən çirkli 30 şəhərindən 22-i Hindistandadır. Siyahıda Dehli şəhəri başçılıq edir – 900 min insanın yaşayıdığı inzibati paytaxta havanın çirklənməsi indeksi 346 olub. Siyahıda 2-ci və 3-cü yerləri tutan Pakistanın Lahor və Kəraçi şəhərləri müvafiq olaraq 252 və 214 indeksinə sahib çıxıblar.
KONKRET.az AirVisual təşkilatının saytına istinadən bildirir ki, ən çox çirklənən şəhərlər siyahısında ilk onluğu Ulan Bator (Monqolustan), Daşkənd (Özbəkistan), Tehran (İran), Mumbay (Hindistan), Şenjen (Çin), Hanoy (Vyetnam) və Kəlküttə (Hindistan) tamamlayıblar.
Siyahıda Kiyev (Ukrayna) 15-ci, Los Anceles (ABŞ) 17-ci, Astana (Qazaxıstan) 21-ci, Sinqapur 37-ci, Helsinki (Finlandiya) 42-ci, Berlin (Almaniya) 51-ci, Bern (İsveçrə) 54-cü, Toronto (Kanada) 70-ci, Madrid (İspaniya) 77-ci, Paris (Fransa) 83-cü, London (İngiltərə) 88-ci yer alıb.
Müxtəlif ölkə və şəhərlərdə ətraf mühitin və havanın çirklənməsini araşdıran AirVisual təşkilatın bildirdiyinə görə, ən çirkli ölkələr siyahısına Banqladeş başçılıq edir – Pakistan və Hindistan bu siyahıda ondan çox cüzi geri qalıblar. Onluğu isə Əfqanıstan, Bəhreyn, Monqolustan, Küveyt, Nepal, BƏƏ və Nigeriya tamamlayıb.
Çox güman ki, təşkilat ölkəmizdə təmsil olunmayıb, ona görə də bizim ölkənin adı heç bir siyahıda qeyd olunmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı dünyada çirkli hava üzündən hər il 7 milyon insanın vaxtından əvvəl öldüyünü müəyyən edib, Dünya Bankının hesablamaların görə, bu, qlobal iqtisadiyyatın iş qıtlığı səbəbiylə 225 milyard dollar itirməsi anlamına gəlir.

Zənnimce, dünyanın ən çirkli ölkələri siyasında Moskva, Tehran, Pekin, İstanbul yer almalı idi. Moskvada yaşayıram, digər 3 şəhərdə olmuşam.
Salam mən Yusifəm 2 nömrəli texniki-humanitar liseyin 5c sinfinin şagirdiyəm.Zəhmət olmasa bura Dünyanın ən gözəl şəhərləri haqqında məlumat yayasınız