Plastik cərrah onu dünyanın ən gözəl qadını adlandırıb. Onun məşhur “Killing Eve” serialında oynayan aktrisa Codi Komer olduğu ortaya çıxıb.
KONKRET.az bu barədə xaricə mətbuata istinadən xəbər verir.
Londondan olan həkim Julian De Silva ən gözəl insanı müəyyən edə biləcək araşdırma aparıb. Bunun üçün “qızıl bölmə” qaydasına müraciət etmək kifayətdir. Onun mahiyyəti ondan ibarətdir ki, üz və ya bədənin nisbəti 1.618 rəqəminə nə qədər yaxın olsa, insan bir o qədər gözəl olur.
Nəticədə məlum olub ki, britaniyalı aktrisa Codi Komerin görünüşü ideala 94,52% yaxındır.
