Dünyanın ən uzunboylu insanları səs verdilər – FOTOLAR+VİDEObackend

Dünyanın ən uzunboylu insanları səs verdilər - FOTOLAR + VİDEO 

Bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərindəki fəallıq dünyanın diqqətini özünə cəlb edib.

Gənc, qoca, xəstə, ahıl, əlil – seçki hüququ olan milyonlarla insan sandıq başına keçərək, öz namizədinə səs verib.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, “Dünyanın ən hündür adamı” adıya Ginnesin “Rekordlar kitabı”na düşən Sultan Kösen və Rümeysa Gelgi də seçkilərə qatılıblar.

Mardin şəhərində yaşayan və boyu 2 metr 51 santimetr olan Sultan Kösen yeriməkdə çətinlik çəkdiyi üçün öz istəyi ilə traktor vasitəsilə Əlibəy kəndindəki məktəbdə yerləşən məntəqəyə gətirilib və burada səs verib.

Karabük əyalətindən olan, Weaver sindromlu “Dünyanın ən uzun qadını” Rümeysa Gelgi də bugünkü seçkilərdə iştirak edib.

Seçki komissiyasının üzvləri səyyar seçki qutusunu 2 metr 15 santimetr hündürlüyündə boyu olan Gelginin Əmək məhəlləsindəki evinə aparıblar.

Müşahidəçilərin və jurnalistlərin müşayiəti ilə səs verən Gelgi bildirib ki, o, indiyədək səs vermək üçün məntəqələrə özü gedib. Lakin bu seçkidə səyyar seçki qutusundan istifadə edib. Mobil seçki tətbiqinin fiziki qüsurlular üçün əlverişli olduğunu bildirən Gelgi ölkəsinə və xalqına uğurlar arzulayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*