“Amazon”un qurucusu və dünyanın ən zəngin adamı olan Ceff Bezos çərşənbə günü 6,8 milyard dollar itirb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Mark Zukerberg (5,75 milyard dollar), İlon Mask (4,24 milyard dollar) və Bill Geyts (2,3 milyard dollar) də ağır itkilərlə üzləşiblər.
Agentliyin vurğulayıb ki, ümumiyyətlə dünya birjalarındakı çöküş nəticəsində oktyabrın 29-da top-10-da olan milyarderlərin ümumi sərvəti 37,36 milyard dollar azalıb.
