İran ABŞ-a məxsus sualtı pilotsuz aparatı ələ keçirdi – HƏRBİ QURUMDAN AÇIQLAMAbackend

İran ABŞ-a məxsus sualtı pilotsuz aparatı ələ keçirdi – HƏRBİ QURUMDAN AÇIQLAMA

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-a məxsus sualtı pilotsuz aparatı ələ keçirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, hərbçilər mürəkkəb əməliyyat çərçivəsində radioelektron mübarizə vasitələri və kəşfiyyat məlumatlarından istifadə edərək ABŞ Silahlı Qüvvələrinə məxsus, kəşfiyyat fəaliyyəti apardığı iddia edilən sualtı aparatı müəyyənləşdirərək nəzarətə götürüblər.

Məlumata görə, ələ keçirilən aparat ABŞ istehsalı Remus 600 tipli avtonom sualtı pilotsuz vasitədir.

SEPAH qeyd edib ki, aparat hazırda İran tərəfinin nəzarətindədir və mütəxəssislər onun yaddaşında olan məlumatları əldə etmək üçün araşdırma aparırlar.

Bəyanatda hadisənin nə vaxt baş verdiyi və ABŞ tərəfinin bununla bağlı mövqeyi barədə əlavə məlumat verilməyib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*