Himalay dağlarında Himlunq-Himal dağı ərazisində uçqun baş verib.
KONKRET.az “Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, uçqunun düşərgənin üzərinə düşməsi nəticəsində azı 14 Nepal vətəndaşı itkin düşüb
İtkin düşənlər ekspedisiya komandasının Nepal hissəsinin üzvləridir – onların arasında bələdçilər və xidməti heyət var.
Onlarla əlaqə bazar günü səhər tezdən kəsilib.
Qəzet qeyd edir ki, itkin düşənlər arasında əcnəbi turistlər yoxdur, çünki hadisə baş verən zaman onlar hələ düşərgəyə çatmamışdılar. Onların gəlişi beş-altı gündən sonra gözlənilirdi.
Xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinləşir. Helikopterlər hazır vəziyyətdə gözləyirlər, lakin hələlik hava qalxa bilmirlər.
Qeyd edək ki, Himlunq-Himal dağının hündürlüyü 7 126 metr təşkil edir.
