Türkiyə “Polad Günbəz” (“Steel Dome”) inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bəzi komponentlərini Səudiyyə Ərəbistanında yerləşdirə bilər.
KONKRET.az xəbər verir ki, Türkiyənin “Məkkə sazişi” çərçivəsində Ər-Riyada müxtəlif formalarda dəstək göstərməsinin nəzərdən keçirildiyi gündəmdədir.
Mümkün variantlar arasında Türkiyənin müdafiə texnologiyalarının Səudiyyə Ərəbistanı ərazisində yerləşdirilməsinin də olduğunu deyilir.
“Polad Günbəz” Səudiyyə Ərəbistanının ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarının hücumlarından müdafiəsində istifadə oluna bilər.
Həmçinin Səudiyyə Ərəbistanının hazırda ABŞ istehsalı olan “Patriot” və THAAD hava hücumundan müdafiə sistemlərinə əsaslanan imkanlarının “acınacaqlı vəziyyətdə” olduğu iddia edilib.
Günay Əli
KONKRET.az
