27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım Günü ilə əlaqədar Laçın şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
***
Bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şuşa şəhərində Anım Günü qeyd edilib.
Tədbirdə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri Mərkəzi meydanda və Şuşa Şəhidlər Xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
***
Zəngilan və Cəbrayıl rayonlarında şəhidlərin xatirəsi anılıb.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan və Cəbrayıl rayonlarında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmək üçün silsilə tədbirlər keçirilib.