Brazliyada dünyanın ən varlı bankiri sayılan “Banco Safra” bankının rəhbəri Joze Safra 82 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Bankir San-Paulu şəhərindəki “İsraelita do Butanta” yəhudi qəbiristanlığında dəfn olunacaq.
“Forbes” nəşri Safranın varidatını 32 milyard dollar dəyərində qiymətləndirir.axar.az
