Dünyanın ən yaşlı iti “ad günü”nü qeyd etdi – VİDEObackend

Dünyanın ən yaşlı iti "ad günü"nü qeyd etdi - VİDEO

Dünyanın ən yaşlı iti hesab edilən Bobi mayın 11-də 31-ci ad gününü qeyd edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyada keçirilən tədbirdə 100 nəfər iştirak edib.

Bobinin sahibi, 38 yaşlı Leonel Kostanın dediyinə görə, it yalnız insan yeməyi ilə qidalanır.

“Ginnesin Rekordlar Kitabı”na düşən Bobi Rafeiro do Alentexo cinsindəndir. Bu cinsin orta ömrü adətən 12-14 ildir.

Bundan əvvəlki rekord isə Bluey adlı itə məxsusdur. 29 il 5 ay yaşayan it 1939-cu ildə ölüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*