Telegram-ın həmtəsisçisi Pavel Durov şənbə günü axşam polisdə saxlanılması barədə fransalı milyarder Ksavye Nielə zəng etməyi xahiş edib.
KONKRET.az xəbər verir ki, bu barədə BFMTV nəşri yazıb.
Mənbə qeyd edib ki, bu, Telegram-ın həmtəsisçisinin etdiyi ilk zəng olub, lakin onun milyarderlə telefonla əlaqə saxlaya bilib-bilməyəcəyi məlum deyil.
Xatırladaq ki, Ksavye Niel “Iliad” telekommunikasiya şirkətinin, “Free Mobile” internet provayderinin, “Monaco Telecom” və “Orange Switzerland” şirkətlərinin sahibidir.
O, həmçinin Fransanın “Le Monde” nəşrində də pay sahibidir. Nielin sərvəti 10,5 milyard dollar qiymətləndirilir.
İlkanə Şəvəqqət,
KONKRET.az