Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov özünə qarşı planlaşdırılan qətl planından danışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Solovyov izlənildiyini hiss etmədiyini bildirib.
Xatırladaq ki, bu gün Federal Təhlükəsizlik Xidməti (FTX) Solovyova qarşı sui-qəsdi planlaşdıran Rusiyada qadağan olunmuş neonasist terror təşkilatının bir qrup üzvünün saxlanıldığını elan edib. Qətlin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) göstərişi ilə həyata keçirilməsinin planlaşdırıldığı vurğulanıb.
`Vəziyyəti şərh edən rusiyalı jurnalist isə sui-qəsdi birbaşa Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqələndirib. O həmçinin həbsdə olan neonasistlərlə görüşməkdə maraqlı olmadığını bildirib:
“Düşünürəm ki, bunun arxasında birbaşa Zelenski dayanır. Çünki Zelenski birbaşa məni hədələyib və adımı bir neçə dəfə çəkib” – Solovyoy deyib.
Bundan əlavə, teleaparıcı FSB əməkdaşlarına təşəkkür edib. Səlahiyyətli orqanların nə qədər peşəkar və dəqiq işlədiyini dilə gətirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
