DYP bu məsələ ilə bağlı sürücülərə müraciət etdibackend

DYP bu məsələ ilə bağlı sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub: 

KONKRET.az xəbər verir ki, bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub.

“Sürücülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər.

Anlayış göstərdiyinizə görə öncədən təşəkkür edirik!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*