Əbu-Dabidə doqquz min illik tikililər tapıldıbackend

Əbu-Dabidə doqquz min illik tikililər tapıldı

Arxeoloqlar Əbu-Dabinin qərbində yerləşən Qaqa adasında yaşı 8500 ildən çox olan tikililərin qalıqlarını aşkar ediblər.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu, BƏƏ-də məlum olan ən qədim inşaat qalıqlarıdır.

Alimlərin fikrincə, qalıqları aşkar edilən sadə yuvarlaq otaqların hündürlüyü təxminən bir metrə çatıb. Ölkənin ilk sakinləri məhz belə evlərdə yaşayıb. Onların daxilində yüzlərlə artefakt, o cümlədən məharətlə işlənmiş daş ox ucları tapılıb.

Mütəxəssislər hesab edirlər ki, bu yaşayış məntəqəsi təxminən, beş min il əvvəl tərk edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*