Əbülfəs Qarayevi əvəz edən şəxs kimdir? – DOSYEbackend

Əbülfəs Qarayevi əvəz edən şəxs kimdir? - DOSYE

Əbülfəs Qarayevin Mədəniyyət naziri postundan azad edilməsindən sonra onun vəzifəsini birinci müavini Vaqif Əliyev icra edir.

KONKRET.az Vaqif Əliyevin tərcümeyi halını təqdim edir:

 

Vaqif Qədir oğlu Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir.

2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Fizika-riyaziyyat elmləri namizədidir (1980).

Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, məşhur “91”-lər müaraciətinin təşəbbüskarlarındandır. Partiya yaranan gündən – 1992-ci il 21 noyabr ayında keçirilən təsis konfransından partiyanın İdarə Heyətinin üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*