Həbsdə olan jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Müsavat başqanı Arif Hacılı “Facebook”da məlumat paylaşıb.
Qeyd edək ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.
Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
