backend

"Əgər bu yaramaz hökuməti ələ keçirsə, Ermənistan tamamilə işğal ediləcək"

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca özünü Rusiyanın adamı adlandıran Koçaryan daha da azğınlaşır. DQ muxtar vilayətində komsomol, fabrik partkomu işləmiş bu adam camaatı aldatmaq, yalan vədlər vermək, Rusiyaya hər gün sədaqətli olduğuna və sədaqətli olacağına and içməklə, psevdo millətçi şüarları ilə silahlanmış və Ermənistanın prezidenti vəzifəsinə çatmışdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış siyasətçi Rəsul Quliyev özünün Facebook səhifəsində yazıb. O vurğulayıb ki, 1998-ci ildə prezident “seçiləndən” sonra Ermənistanda avtoriteti maksimuma çatmış, parlamentə sədr seçilmiş respublikanın keçmiş 1-ci katibi Dəmirçiyanın bu seçkilərin nəticələrinin ləğv etdirəcəyindən təşvişə düşən Koçaryan parlamentdə terror aktı təşkil etdirdi və Dəmirçiyanı öldürtdü:

“Terroristlərin əsas təşkilatçısı (təəssüf ki, o vaxtı bu insan normal istintaqın aparılmasına imkan vermədi) Koçaryan hətta terroristlərlə danışıqlar aparıb onlarla dil tapmasından əlavə xal topladı. İşğal edilmiş Azərbaycan torpaqlarını viran etmiş bu yaramaz insan indi əvvəlki kimi ağ yalanları ilə camaatı ən həyasız metodlarla aldatmaqla, Rusiyanın ancaq onun namizədliyini dəstəkləyir şüarı, Türkiyəyə qarşı ifrat nifrət millətçiliyi ilə yenidən prezident seçilmək istəyir.

Rusiya və orada yaşayan erməni milyarderləri tərəfindən çox böyük finans köməyi alan Koçaryan kisəsinin ağzını açıb pulla səsləri almağa çalışır.

Mən inanmıram ki, ermənilər ona səs verəcəklər. Çünki onun prezidentlik dövründə Ermənistan səfalətliyin səviyyəsinə görə ən yüksək pillədə idi. 10 ildə Ermənistanın borcu milyardları keçmişdi. Bu yaramaz höküməti ələ keçirsə, Ermənistan bütövlüklə Rusiyanın işğal altına keçəcək”.

KONKRET.az

  • GARACANTA
    May 30, 2021 - 08:27

    Rus gavurları indi də Köçəryanı hakimiyyətə gətirərək onun əli ilə Azərbaycanı təzyiq altında saxlamaq istəyir!! Dövlətimiz yəqin ki “sərhəd” məsələsinin rus gavurları tərəfindən hansı məqsədlər güddüyünü yaxşı anlayır. Ermənistanda iyun ayında keçiriləcək seçki əslində rus gavurlarının taleyini tam həll edəcək. Bu səbəbdən rus gavurları Zəngəzura qoşun soxmaqla bizə və Türkiyəyə mesay verirlər ki, burada şərtləri “mən-rus gavuru qoyuram”. Gavur rus anlamır ki, artıq bu oyunlar keçməz…Türk Birliyi Tezliklə Həyata Keçəcək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*