Karantinin pozulmasına görə cərimələrlə bağlı QƏRARbackend

Karantinin pozulmasına görə cərimələrlə bağlı QƏRAR

Karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

KONKRET.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda dəyişiklik edib.

Beləliklə, əgər indiyə qədər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə  cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idisə, bu sıraya karantin rejiminin pozulması da daxil edilir. Beləliklə, bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*