Əhalinin NƏZƏRİNƏ: Bu şəxslər icbari tibbi sığorta pulu ödəməyəcəkbackend

Əhalinin NƏZƏRİNƏ: Bu şəxslər icbari tibbi sığorta pulu ödəməyəcək

Əmək potensialına malik olsa da, heç bir gəlir əldə etməyən gənclər və tələbələr üçün icbari tibbi sığorta məsələsi müzakirə mövzusudur. Maraqlıdır, əmək potensiallı, lakin heç bir gəliri olmayan gənclər və tələbələr üçün hər hansı güzəşt nəzərdə tutulurmu?

Milli Məclisin deputatı Azər Badamov KONKRET.az-a açıqlamasında bildirib ki, bu kateqoriyadan olan şəxslər üçün icbari tibbi sığorta xidmətləri tamamilə ödənişsizdir.

Deputatın sözlərinə görə, hazırda işləməyən və gəliri olmayan gənclərin icbari tibbi sığorta haqları dövlət büdcəsi hesabına qarşılanır. Bununla belə, iş qabiliyyəti olduğu halda əmək fəaliyyətini rəsmiləşdirməyib özünü işsiz kimi təqdim edən şəxslər bu güzəştlərdən yararlana bilməyəcəklər.

Azər Badamov qeyd edib ki, belə şəxslər tibbi xidmətlərdən güzəştli şəkildə istifadə etmək üçün aylıq 16 manat icbari tibbi sığorta haqqını ödəməlidirlər:

“Əks halda onlara güzəştli tibbi xidmətlər təqdim olunmayacaq”.

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm” | Modern.az

Deputat hesab edir ki, tətbiq olunan mexanizm həm sosial təminatı gücləndirməyə, həm də qeyri-rəsmi məşğulluğun qarşısını almağa xidmət edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*