ƏHALİNİN NƏZƏRİNƏ: Kredit faizləri aşağı salına bilərbackend

ƏHALİNİN NƏZƏRİNƏ: Kredit faizləri aşağı salına bilər

Son günlər kredit götürən vətəndaşlar arasında faiz dərəcələrinin azaldılıb-azaldılmayacağı ilə bağlı suallar artıb. Xüsusilə də bankların mövcud şərtləri və iqtisadi şərait fonunda bu məsələ daha da aktuallaşıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, faizlərin endirilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında mümkündür.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Ekspertin sözlərinə görə, kredit müqaviləsində göstərilən faiz dərəcəsinin dəyişdirilməsi üçün müştərinin təkbaşına tələbi kifayət etmir:

“Kredit müqaviləsində bağlanan faizlər yalnız bank və ya bank olmayan kredit təşkilatının razılığı halında aşağı salına bilər. Müştərinin tələbi ilə faizlər avtomatik olaraq azaldıla bilməz”, – deyə Ə.Həsənov vurğulayıb.

Beləliklə, kredit faizlərinin endirilməsi yalnız bankın qərarı və tərəflərin razılığı ilə həyata keçirilə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*